Dünya

İndoneziyada fəlakət: ölənlərin sayı 36 nəfərə çatdı

18 İyul 2020 09:07
Baxış: 1 124
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndoneziyanın Cənubi Sulavesi əyalətində baş verən sel və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb, 3 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

APA "Sinhua" xəbər agentliyinə istinadən xəbər verir ki, daha 16 nəfər də itkin düşmüş hesab olunur. Evlər və infrastruktura ciddi ziyan dəyib.

"İtkin düşmüş şəxslərin axtarışı və xəsarət alan sakinlərin təxliyəsi mütəmadi olaraq xilasedicilər tərəfindən aparılır", - deyə agentlik təbii fəlakətin fəsadlarının aradan qaldırılması üzrə milli idarənin nümayəndəsi Raditia Catidən sitat gətirib.

Onun sözlərinə görə, əməliyyatda 359 xilasedici iştirak edir. Palçıq və qumla dolu güclü axınlar 4000 evi su altında qoyduğundan 3000-dən çox sakin bir neçə yerə sığınmalı olub.

Daşqınlar, həmçinin 13 kilometrə yaxın yolu, doqquz körpünü, 13 dini və doqquz məktəb binasını, səkkiz ofis binasını, iki ictimai binanı və bazar kompleksini dağıdıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.