Dünya

Hindistan polisinə "Facebook"dan istifadə qadağan edildi

17 İyul 2020 13:10
Baxış: 926
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistan Daxili İşlər Nazirliyi qurumun bütün strukturlarına, o cümlədən polislərə "Facebook" sosial şəbəkəsindən istifadəni qadağan edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Hindistan Daxili İşlər Nazirliyinin direktivində deyilir.

"Qadağa nazirliyin bütün strukturlarına aiddir, çünki onlar adətən silahlı qüvvələrimizlə sıx əlaqədə olurlar. Hindistan özü "Facebook" və ya "Instagram" kimi sosial şəbəkələrə malik olmalıdır ki, onlara heç bir xarici ölkə daxil ola bilməsin", - deyə qurumun direktivində bildirilir.

Hindistan Silahlı Qüvvələrinin komandanlığı iyulun 15-dən etibarən rütbəsindən asılı olmayaraq bütün hərbçilərə "Facebook" səhifələrini pozmağı və bu sosial şəbəkədən istifadə etməməyi əmr edib. Əmrə tabe olmayan əsgər və zabitlərin ciddi cəzalandırılacağı bildirilir.

Hindistanlı mütəxəssislər artıq sosial şəbəkələrin yerli analoqunun hazırlanması üçün çalışmalara başlayıb. Hələ ki, hərbçilərə "Facebook", "Instagram" və "Twitter" sosial şəbəkələrindən, həmçinin daha 88 proqramdan istifadə etmək qadağan olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.