Dünya

Braziliya prezidentinin koronavirus testi yenidən müsbət çıxıb

16 İyul 2020 08:08
Baxış: 754
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliya Prezidenti Jair Bolsonaronun yenidən verdiyi koronavirus testi müsbət cavabla nəticələnib.

Milli.Az Trend-ə istinadən bildirir ki, prezident özünü yaxşı hiss etdiyini və bir həftədən çoxdur ki, hərarətinin olmadığını bildirib.

Ölkə başçısı nəfəs problemi və ya dad itkisi kimi ümumi simptomlarının olmadığını söyləyib. O, hidroksiklorokin ilə müalicə olunduğunu vurğulayıb.

Xatırladaq ki, ilk dəfə Braziliya prezidenti koronavirus infeksiyasına yoluxduğunu virusun simptonlarını özündə açkarlayaraq iyulun 7-də bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.