Dünya

Səkkiz aylıq hamilə olan bloqer VƏFAT ETDİ - FOTO

15 İyul 2020 23:16
Baxış: 3 417
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı məşhur bloqer Nikol Tei qəfil vəfat edib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, 24 yaşlı "İnstagram" fenomeni səkkiz aylıq hamilə olub.

Bu barədə Nikolun anası sosial şəbəkədə məlumat verib. O, təəssüflə uşağın da tələf olduğunu bildirib.  

Gənc qız sevgilisi Cefri Frimponqdom ilə  İnstaqram və "Youtube"da əyləncəli videolar çəkirdilər.  Bu yaxınlarda o, övladı olacağı xəbərləri ilə pərəstişkarlarını sevindirmişdi. Cütlüyün oğlan övladları dünyaya gələcəkdi. Onlar hətta uşağa Reyn adını da seçmişdilər.

Nikol ölümündən bir müddət əvvəl, tez-tez nəfəs darlığından şikayət edib. Ancaq tibbi müayinələrdə heç bir patoloqiya aşkarlanmayıb. Onun qəfil ölüm xəbəri pərəstişkarlarını kədərləndirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.