Dünya

Ermənilər ölən hərbçilərin adını gizlədir

14 İyul 2020 20:32
Baxış: 1 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan-Ermənistan sərhədində gərginlik nəticəsində Ermənistanın çoxlu sayda hərbçsinin məhv edildiyi barədə məlumatlar olsa da, bu ölkənin rəsmi mənbələri cəmi 4 nəfərin öldürüldüyünü elan ediblər. Bu, münaqişə zamanı öldürülmüş erməni hərbçisi Kaytsakov Slavikin fotosudur.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, lakin onun adı elan olunan 4 nəfərin siyahısında yoxdur. Bundan başqa, Aşot Melkumyan adlı daha bir hərbçinin öldürüldüyünə dair əsaslı məlumatlar olsa da, onun barəsində də heç bir məlumat verilmir.

Bu faktlar Azərbaycan Ordusunun əks-zərbələri nəticəsində xeyli sayda erməni hərbçisinin öldürüldüyünə və Ermənistanın real canlı qüvvə itkilərini gizlətdiyinə dair deyilənləri bir daha təsdiq edir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.