Dünya

Göldə boğulan oğlunu xilas etmək istəyən məşhur aktrisa ÖZÜ BATIB - Meyiti çıxarıldı - FOTO

14 İyul 2020 11:41
Baxış: 5 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı məşhur aktrisa Naya Riveranın oğlu ilə birlikdə gəzintiyə getdiyi göldə itkin düşdüyü barədə məlumat vermişdik. 

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, "Glee" serialı ilə məşhurlaşan aktrisa Naya Riveranın meyiti tapılıb.

Hadisə ilə bağlı səlahiyyətli qurumlardan verilən açıqlamaya görə, 33 yaşlı məşhur aktrisa göldə boğulan oğlunun həyatını xilas etmək istəyən zaman boğulub. 

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Piru gölündə üzərkən yoxa çıxan aktrisanın axtarışlarına 100 nəfərlik xilasetmə qüvvələri cəlb edilmişdi. 

Uşaq anasının itkin düşməsindən sonra polis tərəfindən atası Ryan Dorseyə verilmişdi. Rivera və Dorsey 2014-cü ildə evlənib və 4 il sonra boşanıb. 

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.