Dünya

Əfqanıstanda məscidə hücum zamanı 3 nəfər öldürülüb

14 İyul 2020 08:18
Baxış: 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanın şimal-qərbindəki Faryab əyalətində bir qrup silahlı şəxs məscidə atəş açıb. Nəticədə azı 3 nəfər ölüb, daha 3 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "TOLO News" telekanalı dini lider Məhəmməd İsmayıla istinadən məlumat yayıb.

Bildirilir ki, hadisə bazar ertəsi günü Faryab əyalətinin mərkəzi olan Meymen şəhərindəki məsciddə axşam namazı qılınarkən baş verib.

Ölkədə formalaşan silahlı qruplaşmaların heç biri insidentlə bağlı hələlik məsuliyyəti öz üzərinə götürməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.