Dünya

ABŞ-ın hərbi gəmisində baş verən yanğında xəsarət alanların sayı 59-a çatıb

14 İyul 2020 08:23
Baxış: 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərindəki hərbi-dəniz bazasında dayanan "Bonhomme Richard" hərbi gəmisinin göyərtəsində baş verən yanğında xəsarət alanların sayı 59 nəfərə yüksəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Sakit Okean donanmasının su səthi qüvvələrin idarəsi "Twitter" səhifəsində xəbər verib.

Bildirilir ki, xəsarət alalnların 23 mülkü şəxs, 36-sı isə hərbçidi. Bütün xəsarət alanlara tibbi yardım göstərilib

ABŞ-ın Sakit Okean donanmasının su səthi qüvvələrin idarəsi daha əvvəl 57 xəsarət alan barədə məlumat verib. Yanğın hələ də söndürülməyib.

Gəminin min nəfərdən çox şəxsi heyəti var, lakin hadisə başlayan zaman göyərtədə yalnız 160 hərbçi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.