Dünya

Tanınmış futbolçunun qardaşı öldürüldü

13 İyul 2020 18:51
Baxış: 1 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tottenhem"in müdafiəçisi Serj Oryenin qardaşı Kristofer öldürülüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, hadisə Tuluzadəkı gecə klublarının birində baş verib.

Bu gün səhər saatlarında yerli sakinlər Kristoferi gecə klubunun qarşısında yaralı vəziyyətdə tapıblar. Qarın nahiyəsindən güllə yarası alan futbolçunun 26 yaşlı qardaşı xəstəxanaya aparılsa da, orada dünyasını dəyişib. Yerli polis hazırda cinayətkarların axtarışındadır.

Qeyd edək ki, Kristofer Orye də qardaşı kimi, futbolçu olub. O, Fransanın 5-ci divizionunda çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.