Dünya

Qazaxıstanda COVID-19 qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

13 İyul 2020 10:10
Baxış: 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanda 13 iyul - ümummilli matəm günü saat 12:00-da koronavirus pandemiyasının qurbanı olmuş vətəndaşların xatirəsi bütün ölkə üzrə bir dəqiqəlik sükutla yad ediləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qazaxıstan Prezidentinin müşaviri Yerlan Karin aktiv gəncləri, blogerləri, gənclər mərkəzlərini, fəal icmaları, gənclər təşkilatlarını və birliklərni COVID-19 qurbanlarının ailələrinə dəstək və ehtiramlarını bildirməyə dəvət edib.

Xatırladaq ki, Prezident Kasım-Jomart Tokayev iyulun 13-də Qazaxıstanda koronavirusdan ölənlərin matəm günü elan edilməsi haqda sərəncam imzalayıb.

Son məlumatlara görə, ölkə üzrə koronavirusa yoluxanların sayı 58 min 253 nəfərə, sağalanların sayı isə 33 min 814 nəfərə çatıb, COVID-19-dan 264 nəfər həlak olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.