Dünya

Venesuelada zəlzələ baş verib

13 İyul 2020 09:05
Baxış: 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Venesuelanın Portuqesa ştatında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Venesuela Seysmoloji Tədqiqatlar Fondunun "Twitter" səhifəsində bildirilib.

Qeyd olunub ki, zəlzələnin ocağı 5 km dərinlikdə, episentri isə Biskukuya yaşayış məntəqəsindən 11 km şimal-şərqdə olub.

2018-ci ilin avqustunda Venesuelada 6,9 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 31,6 km dərinlikdə yerləşib və episentri ölkənin Sukre ştatında Yaquaraparo şəhərindən 5 km məsafədə yerləşib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.