Dünya

İran: Ukrayna təyyarəsinin qəzasına “insan səhvi” səbəb olub

12 İyul 2020 21:02
Baxış: 1 075
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran bu ilin əvvəli 176 sərnişin daşıyan Ukrayna təyyarəsinin "insan səhvi" nəticəsində vurulduğunu iddia edir.

İranın Mülki Aviasiyasının rəhbərliyi bazar günü bildirib ki, radarın uyğunlaşdırılması üçün "prosedurun yerinə yetirilməsi zamanı insan tərəfindən səhvə görə sistemdə pozulma baş verib".

İranın bildirdiyinə görə, bu, sistemdə "107 dərəcə" səhvin yaranmasına səbəb olub.

İran təyyarənin vurulduğunu demək məcburiyyətində qalıb
Ukrayna hava yollarına məxsus Boeing 737 təyyarəsinin vurulduğu gecə İran İraqda Amerika əsgərlərinin qərargahlandığı hərbi hava bazasına raket zərbələri endirib.

Raket hücumu İranın elitar Qüds qüvvələrinin komandiri Qasım Süleymaninin ABŞ-ın dron hücumu nəticəsində öldürülməsinə cavab olaraq keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.