Dünya

Roma Papasından Aya Sofyanın məscidə çevrilməsinə REAKSİYA

12 İyul 2020 17:45
Baxış: 2 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Roma Papası Fransisk Türkiyə hakimiyyətinin Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi barədə qərarından kədərlənib.

Milli.Az APA-ya istinadən bildirir ki, Roma Papası bu gün Müqəddəs Petr meydanında ənənəvi xütbəsi zamanı deyib ki, Aya Sofya məbədi barədə düşünür və çox kədərlənir.

Qeyd edək ki, iyulun 10-da Türkiyə məhkəməsi İstanbuldakı Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verib. Danıştay (dövlət idarəçiliyi ilə bağlı işlərə baxan məhkəmə) Aya Sofyanın məsciddən muzeyə çevrilməsinə dair 24 noyabr 1934-cü il tarixli Nazirlər Kabinetinin qərarını ləğv edib. Həmin gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə müvafiq fərman imzalayaraq, Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı məhkəmənin qərarını təsdiqləyib. Fərmana əsasən, Aya Sofyanın Türkiyə Diyanət İşləri Başqanlığının balansına verilməklə ibadətə açılmasına qərar verilib.

Türkiyə Prezidenti avqustun 24-də Aya Sofyada ilk namazın qılınacağını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.