Dünya

Tehranda yaşayış binasında partlayış: yaralanan var

12 İyul 2020 09:28
Baxış: 1 218
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tehranın şərqində yerləşən yaşayış binasında qaz partlaması baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə bunu paytaxt yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi Seyed Cəlal Maleki deyib.

Onun sözlərinə görə, partlayış evin zirzəmisində baş verib. Maleki əlavə edib ki, hadisə zamanı 36 yaşlı bir nəfər yanıq xəsarətləri alıb.

Onun sözlərinə görə, hadisə yerində çox sayda qaz balonu aşkarlanıb:

"Xəsarət alan şəxsin bu təhlükəli avadanlıqla işlədiyi məlum oldu".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.