Dünya

Aya Sofyada ilk namazın tarixi açıqlandı

11 İyul 2020 10:19
Baxış: 1 179
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bundan sonra muzey yox, məscid kimi fəaliyyət göstərəcək Aya Sofyada ilk Cümə namazı iyulun 24-də qılınacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofyanın muzeydən məscidə çevrilməsi ilə bağlı xalqa müraciətində bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, abidəyə giriş ödənişli olması artıq ləğv edilib və bundan sonra da Aya Sofya bütün dinlərdən olan insanlar üçün hər zaman açıq olacaq.

Qeyd edək ki, dünən Aya Sofyanın muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verilib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı qərarı təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.