Dünya

COVID-19: Lüksemburq təhlükəli ölkələr siyahısına salınıb

11 İyul 2020 08:13
Baxış: 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lüksemburq Avropanın 62 ölkəsi ilə birlikdə təhlükəli ölkələr siyahısına salınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son həftə Lüksemburqda COVID-19 xəstələrinin sayı artdığı üçün Danimarka onu təhlükəli ölkələr siyahısına əlavə edərək, vətəndaşlarını bu ölkəyə getməməyə çağırıb.

Lüksemburqla yanaşı, Portuqaliya, İsveç kimi ölkələrin də adının qara siyahıya salındığı bildirilib.

Danimarka və Finlandiyadan əlavə, Norveç, Litva, Latviya, Estoniya da Lüksemburqu təhlükəli ölkələr siyahısına əlavə edib.

Bildirilib ki, adı sadalanan ölkələrə Lüksemburq vətəndaşı gələrsə, 14 günlük karantinə riayət etməli olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.