Dünya

ABŞ-ın üç ştatları sahillərində qasırğa təhlükəsi elan edilib

11 İyul 2020 08:03
Baxış: 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Atlantik okeanda əmələ gələn "Fey" qasırğası ABŞ-ın Nyu-Cersi ştatının sahillərinə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə qərərgahı Florida ştatının Mayami şəhərində yerləşən ABŞ-ın tufanları müşahidə üzrə milli mərkəzindən xəbər verilib.

Bildirilir ki, küləyin sürəti 23.6 m/s çatıb. Qasırğa episentri Atlantik-Siti şəhərindən 15 kilometr şimal-cənubda və 145 kilometr Nyu-York şəhərindən cənubdadır. Qasırğa saniyədə 6 metr sürətlə şimala doğru irəlləyir.

Delaver ştatının şimalında, Pensilvaniya ştatının şərqində və Nyu-York ştatının cənub-şərqində güclü leysan yağışlar və daşqınlar gözlənilir.

Xatırladaq ki, atmosfer olay küləyin sürəti 17.5 m/s-dən çox olanda tropik qasırğa, 33 m/s-dən çox olanda isə tufan adını alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.