Dünya

Türkiyədə son sutkada koronavirusdan 1 493 nəfər sağalıb

10 İyul 2020 22:01
Baxış: 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə son 24 saat ərzində daha 23 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 323 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 003 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 210 965 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 493 nəfər olmaqla 191 883 nəfər təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.