Dünya

Britaniyada ictimai iaşə sektorunda ƏDV 75 faiz aşağı salınacaq

10 İyul 2020 23:32
Baxış: 1 055
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın Maliyyə naziri Rişi Sunak koronavirus epidemiyasından sonra iqtisadiyyatın yenidən canlandırılması üçün hökumətin 30 milyard funt sterlinq investisiya planı barədə açıqlama verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, nazir parlamentdəki çıxışında hökumətin virus epidemiyası ilə bağlı işləməyənlərə haqqı ödənilməklə evdə qalmağa icazə proqramı çərçivəsində dəstəyinin sentyabrın sonuna qədər davam edəcəyini, proqram başa çatandan sonra isə müəssisələrdə çalışanların hər biri üçün 3 ay ərzində 1000 funt sterlinq əlavə dəstək veriləcəyini söyləyib.

O, "Məşğulluğun qorunması bonusu" adlandırılan bu proqramın hökumətə ümumilikdə 9,4 milyard funt sterlinqə başa gələcəyini qeyd edib.

Maliyyə naziri ictimai iaşə sahəsində tətbiq olunan əlavə dəyər vergisinin müvəqqəti olaraq 20 faizdən 5 faiz səviyyəsinə endiriləcəyini vurğulayıb. Avqust ayında həyata keçiriləcək "Evdən kənarda ye və yardımçı ol" proqramı çərçivəsində restoranlarda yemək yeyənlərin 50 faiz səviyyəsində endirimdən faydalana biləcəyi, bunun ümumi dəyərinin 500 milyon funt sterlinq olacağı və 1,8 milyon insanın məşğulluğunu davam etdirməsinə yardım edəcəyi bildirilib.

Bu proqrama əsasən bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günləri restoranlarda yemək yeyən hər kəs 10 funt sterlinqə qədər dövlət dəstəyindən istifadə edə biləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.