Dünya

Macarıstan iqtisadiyyatı çətin dövrünü yaşayır

10 İyul 2020 23:47
Baxış: 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Macarıstan böhrandan ən çox zərər çəkmiş ölkələr sırasındadır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, aprel ayında bu ölkədə sənaye məhsulları istehsalının həcmi illik hesabla 36,8 faiz, mart ayı ilə müqayisədə 30,5 faiz azalıb.

Ən kəskin tənəzzül avtomobil istehsalında müşahidə olunur. Eyni zamanda kompüterlər, elektronika məhsulları, optik məmulatlar, qida məhsulları, içkilər və tütün istehsalında ciddi azalma olmayıb.

Əczaçılıq preparatları istehsalı artıb. Bu göstəricilər iş günü hesabı ilə apreldə 36,8 faiz azalıb, ixrac üçün sənaye istehsalının həcmi isə illik hesabla 43 faiz aşağı düşüb.

Emal sənayesində ixrac üçün satışın ümumi həcminin 15 faizini təşkil edən nəqliyyat avadanlıqları ixracı çox kəskin - 77 faiz, kompüter, elektronika və optika məhsulları (ümumi ixracın 19 faizi) 23 faiz azalıb.

Cari ilin ilk 4 ayı ərzində istehsalın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz aşağı olub.

Bununla belə, ekspertlər iqtisadiyyatda kəskin yüksəliş ehtimal olunduğunu söyləyirlər. İşsizliyin artması, əməkhaqqının azalması və istehlak xərclərində ehtiyatlılıq səbəbindən tələbat tədricən arta bilər.

Pandemiyanın ikinci dalğası təbabət sahəsinin bərpasını daha da ləngidə bilər, lakin səhiyyə sektorunda hazırlıq səviyyəsi daha yüksək, tibbi təyinatlı malların və bəzi perspektivli dərmanların sınaqlarının yetərincə təchiz olunması səbəbindən əvvəlki aylarda yaranmış vəziyyətin təkrarlanması gözlənilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.