Dünya

Avstraliyanın ən böyük ikinci şəhərində yoluxma rekordu qeydə alındı

10 İyul 2020 21:05
Baxış: 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın ikinci ən böyük şəhəri olan Melburnda son sutka ərzində 288 koronavirusa yeni yoluxma faktı aşkarlanıb.

Milli.Az xəbər verir ki, bu, pandemiyanın ölkədə yayılmasından bəri qeydə alınan ən böyük gündəlik rəqəmdir.

Viktoriya ştatının Baş naziri Daniel Enryuz keçirdiyi mətbuat konfransında ştatdakı 1233 aktiv koronavirus xəstəsindən 12 nəfərinin reanimasiyada yatdığını, 47 nəfərin isə müxtəlif xəstəxanalarda müalicə aldığını bildirib.

O, xalqdan maska taxmağı və sosial məsafəyə riayət etməyi xahiş edib.

Qeyd edək ki, Melburn şəhərində 6 həftəlik karantin rejimi tətbiq edilir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.