Dünya

Latviya aviaşirkəti gələn ildən Bakıya uçuşlar həyata keçirəcək

10 İyul 2020 22:55
Baxış: 1 117
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Latviyanın "AirBaltic" aviaşirkəti 2021-ci ilin aprelində Riqa-Bakı marşrutu ilə reyslərin həyata keçiriləcəyini elan edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, şirkət 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmış yay uçuş cədvəlini 2021-ci ilə keçirib.

Bakı "AirBaltic"in ilk 15 uçuş istiqamətləri arasında yer alıb. Bakıya uçuşlar aprelin 28-dən başlayacaq. Uçuş müddət 3 saat 35 dəqiqə davam edəcək.

Ümumilikdə, "AirBaltic" gələn il 82 marşrut üzrə reyslər həyata keçirməyi planlaşdırır ki, bu da bu illə müqayisədə 21 faiz çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.