Dünya

Koronavirusdan daha ölümcül xəstəlik yayılmağa başlayır

10 İyul 2020 18:49
Baxış: 3 066
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanda koronavirusdan daha təhlükəli xəstəlik yayılmağa başlayıb.

Ancaq bu il sətəlcəm 1772 nəfərin ölümünə səbəb olub. Ölüm hallarının 628-i iyun ayında qeydə alınıb. Milli.Az medicina.az-a istinadən bildirir ki, ölənlər arasında çinlilər də çoxluq təşkil edir.

Çinli mütəxəssislər bir neçə gün öncə verdikləri açıqlamada yeni sətəlcəmin koronavirusdan daha ölümcül olduğunu bildiriblər. Qazaxıstandakı Çin səfirliyi vətəndaşlarına müraciətində hələlik virusun sturuküturunun tam müəyyən edilmədiyini bildirib. Məlumatda qeyd edilir ki, yoluxma halları iyun ayının yarısından başlayaraq artıb.

Xəstəlik daha çox 500 yoluxma. 30-dən artıq kritik vəziyyətdə olan şəxsin yerləşdirildiyi Atyrau, Aktobe və Şymkənd bölgələrindədir.

Hər gün 200-ə yaxın insanın bu xəstəliklə bağlı xəstəxanalara müraciət etdiyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.