Dünya

Tramp Kanye Uestin namizədliyini irəli sürmək qərarını dəstəkləyir

10 İyul 2020 18:43
Baxış: 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp populyar rep ifaçısı Kanye Uestin ali dövlət postuna namizədliyini irəli sürmək qərarını alqışlayır, lakin hesab edir ki, sonda müğənni respublikaçıları dəstəkləyəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Donald Tramp Fox News telekanalının efirində deyib.

"O, çox yaxşı oğlandır, bizim münasibətlərimiz yaxşıdır. Düşünürəm ki, o, yekunda bizi dəstəkləyəcək", - deyə ABŞ Prezidenti bildirib. Donald Tramp, həmçinin solçu radikalları dayandırmağın vacib olduğunu da vurğulayıb.

İyulun 4-də Kanye Uest özünün "Twitter" səhifəsində Birləşmiş Ştatların prezidenti postuna namizədliyini irəli sürməyə hazırlaşdığını yazıb. Müğənni, həmçinin "Forbes" jurnalına müsahibəsində bildirib ki, əvvəllər Donald Trampın tərəfdarı olsa da, artıq onu dəstəkləmir.

"Forbes" jurnalı ABŞ-ın ən populyar rep ifaçılarından biri, 20-dən çox "Grammy" mükafatının sahibi Kanye Uesti milyarderlər siyahısına daxil edib. Onun varidatı təxminən 1,3 milyard dollar həcmində qiymətləndirilir.

Qeyd edək ki, ABŞ-da 59-cu prezident seçkiləri noyabr ayının 3-nə planlaşdırılıb. Ali dövlət postuna demokratların namizədinin sabiq vitse-prezidenti Cozef Bayden, respublikaçıların namizədinin isə Donald Tramp olacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.