Dünya

Sonuncu pasiyenti sağaldıb COVID-19 xəstəxanasını bağladılar - FOTO

10 İyul 2020 16:24
Baxış: 2 429
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ərəb Əmirlikləri koronavirus pandemiyasına qalib gəlmək yolunda inamla addımlayır.

Milli.Az xəbər verir ki, Dubayda COVID-19 xəstələri üçün ayrılmış xəstəxananın sonuncu pasiyenti evə buraxılıb.

Həmin xəstə Yaponiya vətəndaşı Hiroaki Fudzita olub. Xəstəxananın tibbi heyəti sonuncu pasiyenti gül dəstələri və alqışlarla yola salıb. Daha sonra xəstəxananın fəaliyyəti dayandırılıb. Lakin ikinci dalğa ehtimalına qarşı avadanlıqlar olduğu kimi saxlanılıb.

Hazırda BƏƏ-nin paytaxtı Əbu-Dabi və Şaryax şəhərlərində COVID-19 xəstələrinin müalicəsi davam edir.

Son rəqəmlərə görə, BƏƏ-də 53 min 577 nəfər koronavirusa yoluxub, 328 nəfər ölüb. 43 min 570 nəfər sağalıb. Hazırda 9 min 679 aktiv koronavirus xəstəsi var. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.