Dünya

İki ölkə Avro bölgəsinə daxil olur

10 İyul 2020 16:08
Baxış: 987
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xorvatiya və Bolqarıstan Avro bölgəsinə daxil olacaq.

Milli.Az xəbər verir ki, Avropa İttifaqı bu istiqamətdə addım atmağa hazırlaşır.

"Röyters"in 4 mənbəyə istinadən verdiyi məlumata görə, Avro bölgəsi rəsmiləri ittifaqa 2007-ci ildə qatılan Bolqarıstanla 2013-cü ildə qatılan Xorvatiyanı avro valyutasına keçidin ilk mərhələsi olan Avropa Valyuta Mexanizminə (ERM-2) daxil etməyə hazırdır.

Bu həmlə hazırda 19 üzvü olan Avro bölgəsində 2015-ci ildə Litvanın qatılmasından sonra ilk genişlənmə olacaq.

Yekun qərarın verildiyi təqdirdə, hər 2 ölkə 3 il sonra Avro bölgəsinə keçəcək. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.