Dünya

COVID-19 pasportu tərtib edildi - Artıq səyahət edərkən...

10 İyul 2020 15:51
Baxış: 2 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Danimarka vətəndaşları üçün COVID-19 pasportu tərtib edib.

Milli.Az xəbər verir ki, yetkinlik yaşına çatmış bütün Danimarka vətəndaşları xarici səyahətlərdə istifadə edilə biləcək pasportu ölkənin milli səhiyyə vebsaytından pulsuz yükləyə biləcək.

Pasportu almaq üçün öncəliklə "coronaprover.dk" vebsaytına testdən keçmək üçün müraciət etmək lazımdır. Cavab neqativ çıxarsa, "NemID" rəqəmsal proqramı müdaxilə edir və milli səhiyyə vebsaytına daxil olunaraq rəsmi koronavirus sertifikatı yüklənir.

Pasport sayəsində danimarkalılar test nəticələrini tələb olunan hər yerdə rahat şəkildə göstərə biləcək.

Valideynlər öz "NemID"lərindən istifadə edərək uşaqları üçün də COVID-19 pasportu çıxara biləcək.

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa yoluxan və sağalan şəxslərin, həmçinin, test nəticələri neqativ çıxanların COVID-19 pasportu kimi sənədlər çıxarmaması mövzusunda xəbərdarlıq edib. Buna səbəb xəstəliyə yenidən yoluxma riskinin olmamasının elmdə sübutunun tapılmaması göstərilib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.