Dünya

Çində daşqınlar 30 milyondan çox insana ziyan vurub

10 İyul 2020 15:19
0 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin cənubi, cənub-qərbi, şərqi və mərkəzi əyalətlərində aramsız yağışlar nəticəsində baş vermiş daşqınlar 30 milyondan çox sakinə ziyan vurub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, azı 140 nəfər ölüb və ya itkin düşmüş hesab edilib.

Daşqınlardan ən çox Tszyansi, Hubey, Hunan, Quandun, Sıçuan, Quyçjou əyalətlərinə zərər dəyib. Daşqın zonasından 1,7 milyondan çox sakin təxliyə olunub.

Həmin əyalətlərdə 270 mindən yaşayış binası və tikili dağılıb, daşqınların vurduğu iqtisadi ziyan 9 milyard dollara yaxın məbləğdə ölçülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.