Dünya

Yaponiyada kompüter koronavirusa qarşı potensial dərmanlar aşkar edib

10 İyul 2020 12:39
Baxış: 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyada alimlər koronavirusa qarşı dərmanın tapılması üçün kompüterdən istifadə edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Fuaqaku" superkompüteri qurd və digər parazitlərə qarşı istifadə edilən dərmanlarda koronavirusla mübarizə potensial aşkar edib.

Qeyd olunur ki, kompüter 2 mindən çox dərman preparatını təhlil edib. Məlum olub ki, bəzi preparatlar virusun çoxalmasına cavab verən fermentin fəaliyyətinin qarşısını ala bilir.

Bu dərmanlardan biri qurd və digər parazitlərə qarşı istifadə olunan niklozamid, digəri isə parazitar və virus infeksiyalarının müalicəsi üün istifadə olunan nitazoksanid preparatıdır.

Bu araşdırmannı nəticələri daha ətaflı təhlil üçün əczaçılıq şirkətlərinə təqdim olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.