200-dən çox ölkədə yayılan yeni növ COVİD-19 pandemiyasına yoluxanların sayı 12 milyon 260 minə yaxınlaşır, 554 mindən çox insan isə dünyasını dəyişib.
Koronavirus səbəbindən 135 mindən çox insanın öldüyü ABŞ-dan ümidləndirən xəbər gəlib.
Milli.Az Reuters-ə istinadən xəbər verir ki, ABŞ-ın məşhur elm adamı Fausi koronavirusla bağlı dünyanı ümidləndirəcək açıqlama verib. ABŞ-ın məşhur elm adamlarından hesab edilən Fausi "Moderna" şirkətində hazırlanmış yeni növ koronavirus peyvəndinin klinik sınaqlarının üçüncü mərhələsinin iyulun sonunda başlayacağını, peyvəndin ilin sonunda istifadəyə hazır ola biləcəyini söyləyib.
Dünyada koronavirüs üçün ilk dəfə peyvənd hazırlamağa başlayan ABŞ-ın məşhur dərman şirkəti "Moderna"nın sınaq məqsədi ilə hazırladığı peyvəndi Amerika Qida və Dərman Asossasiyası (FDA) tərəfindən may ayında sürətli izlənmə siyahısına əlavə edilib.
Qeyd edək ki, Antonio S. Fausi bundan öncə etdiyi açıqlamada "Peyvəndin təhlükəsizliyindən gələn aylarda əmin olacaqsınız" demişdi.
Təhməz Təkin
Milli.Az