Dünya

İtaliya ordusunda korrupsiya əməliyyatı: 30-dan çox şəxs saxlanıldı

10 İyul 2020 10:16
Baxış: 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın paytaxtı Romada Silahlı Qüvvələrdə korrupsiya faktı ilə bağlı polis əməliyyatı keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində 31 nəfər saxlanılıb.

Saxlanan şəxslər arasında ölkə Müdafiə Nazirliyinin məmurları və iş adamları olub.

Qeyd olunur ki, cinayət işi ordunun maddi-texniki təminatı ilə bağlı tenderin keçirilməsi ilə bağlı açılıb.

Ümumilikdə, əməliyyat nəticəsində 18 milyon avroluq fırıldağın üstü açılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.