Dünya

Dünya Meteorologiya Təşkilatı növbəti on ildə dünyada temperaturun 1,5 dərəcə yüksələcəyini bildirir

10 İyul 2020 23:24
Baxış: 1 097
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT-nin Dünya Meteorologiya Təşkilatı görülən tədbirlərə rəğmən qlobal istiləşmənin sürətləndiyini bəyan edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, beynəlxalq qurum qlobal istiləşmənin növbəti on il ərzində kritik həddə çatacağı qənaətindədir. Bu barədə məlumat təşkilatın növbəti beş il üçün nəzərdə tutulan iqlim proqnozunda yer alıb. Proqnoza əsasən, 2024-cü ilədək qlobal orta temperatur sənayeləşmə dövründən əvvəlki vaxtla müqayisədə azı bir dərəcə yuxarı olacaq.

Qeyd edilməlidir ki, dünya ölkələri 2015-ci ildə Paris İqlim Konfransında 2060-cı ilədək qlobal orta temperaturun sənayeləşmə dövründən əvvəlki vaxtla müqayisədə 1,5 dərəcədən yuxarı qalxmamasına dair tədbirlər görməyi öhdələrinə götürmüşdülər. Hazırki hesabat isə atılan addımların yetərincə olmadığı və istiləşmənin bundan sonra da davam edəcəyi qənaətinə gəlib.

Bütün dünyada orta illik temperaturun bir dərəcə yüksəlməsi ilk baxışdan dramatik təsir bağışlamasa da, ekspertlər uzunmüddətli vədədə bu istiləşmənin ağır fəsadlarına dair xəbərdarlıq ediblər. Xüsusilə Arktika və Antarktidada bir dərəcə temperatur fərqinin ciddi iqlim dəyişikliklərinə səbəb ola biləcəyi qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.