Dünya

İstanbulda Ümumdünya Səhiyyə Təşkilatının yeni ofisi yaradılır

10 İyul 2020 10:33
Baxış: 762
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda Ümumdünya Səhiyyə Təşkilatının yeni ofisi fəaliyyət göstərəcək.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca ölkədə səfərdə olan təşkilatın Avropa bölgəsinin direktoru doktor Hans Kluge ilə birgə açıqlamasında bildirib.

Nazir ÜST üçün xüsusi əhəmiyyət kəsb edən bu ofisin COVID-19 pandemiyası ilə bağlı ehtiyacların ödənilməsi istiqamətində fəaliyyət göstərəcəyini, bununla da Türkiyənin beynəlxalq arenada mərkəzi mövqeyə sahib olacağını bildirib.

F.Koca H.Kluge ilə görüş zamanı pandemiya ilə bağlı bölgə və dünyadaki mövcud vəziyyətin də müzakirə olunduğunu qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.