Dünya

ÜST xüsusi yoxlama komissiyası yaradıb

10 İyul 2020 10:11
Baxış: 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasına verilən reaksiya və ona qarşı mübarizənin təşkilini dəyərləndirmək üçün müstəqil ekspertlərdən ibarət yoxlama komissiyası yaradıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı ÜST-ün baş direktoru Tedros Qebreyesus təsdiqləyib. O bildirib ki, komissiyanın mandatı üzv ölkələr ilə razılaşma əsasında müəyyən ediləcəkdir.

Komissiyaya rəhbərliyi Yeni Zelandiyanın keçmiş Baş Naziri Helen Klark və Liberiyanın keçmiş Prezidenti Ellen Conson-Serlif edəcəkdir.

Beynəlxalq qurumun pandemiyaya reaksiyası mütəmadi olaraq tənqid hədəfinə çevrilir. Bu tənqidlərə son qoymaq üçün komissiya ötən aylardakı fəaliyyəti təhlil edəcək, görülən işlərə qiymət verəcəkdir. Eyni zamanda ötən dövrdə görülən işlərin təhlili gələcəkdə oxşar faciələrin qarşısını almaqda və bu sahədə əməkdaşlığı möhkəmləndirməkdə mühüm rol oynaya bilər.

Tedros Qebreyesus mətbuat konfransında bildirib ki, komissiyanın işi dünyaya əslində hər şeyin necə baş verdiyi barədə həqiqətləri olduğu kimi çatdırmaqdır. O, beynəlxalq ictimaiyyət pandemiyaya qarşı mübarizədə birliyə çağıraraq qeyd edib ki, parçalanmış qüvvələrlə bəşəriyyət ümumi düşmən üzərində qələbə qazana bilməz. Bütün dünyanı girova çevirən bu virusa qarşı mübarizə birgə təşkil olunmalı, ona cavab yolları birlikdə axtarılmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.