Dünya

Notr-Dam kilsəsinin dam örtüyü bərpa olunacaq

10 İyul 2020 10:55
Baxış: 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın məsləhətçi komissiyası sayılan Milli İrs və Memarlıq Komissiyası Notr-Dam kilsəsinin yenidən bərpası ilə bağlı qərar vermək üçün bu gün bir araya gəlib. Mütəxəssislər iclas zamanı kilsənin şpil (qüllə) hissəsi və qəzadan əvvəl ağacdan hazırlanmış damın və onun çərçivəsinin yenidən qurulması məsələsini müzakirə ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, XIX əsrdə memar Eugene Viollet-le-Dukun inşa etdiyi dam örtüyünün eynilə bərpası üçün ölkə əhalisi və bu işi görəcək mütəxəssislər arasında yekdil bir fikir mövcuddur.

Parisin qotik üslublu incisi sayılan Notr-Dam kilsəsinin 2019-cu il aprelin 15-də yanğın zamanı dağılan dam örtüyü bərpa olunarkən onun əvvəlki görkəmi özünə qaytarılacaq.

Qeyd edək ki, kilsədə ilk şpil 1250-ci ildə inşa edilib və uçmaq təhlükəsi ilə üzləşdiyindən 1786-1792-ci illərdə demontaj olunub. XIX əsrdə dam örtüyünün bərpasına cavabdeh olan Eugene Viollet-le-Duk kilsənin üstünü bağlamaq üçün yerdən 93 metr hündürlüyündə taxta və 750 ton qurğuşundan istifadə edərək yeni şpil inşa edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.