Dünya

Özbəkistanda karantin rejimi yenidən gücləndirilir

10 İyul 2020 09:16
Baxış: 1 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COVID-19 pandemiyası ilə əlaqədar iyulun 10-dan avqustun 1-dək Özbəkistanda karantin rejimi yenidən gücləndirilir.

Milli.Az bildirir ki, AZƏRTAC Özbəkistan Nazirlər Kabineti yanında Koronavirusla Mübarizə üzrə Operativ Qərargaha istinadla xəbər verir ki, bu qərar ölkədə COVID-19 koronavirusunun kəskin surətdə artması, ölüm hallarının çoxalması ilə əlaqədar qəbul edilib.

COVID-19 pandemiyası ilə əlaqədar bu müddətdə Özbəkistanda şəhərlərdə və regionlar arasında nəqliyyatın hərəkəti yenidən məhdudlaşdırılır (kənd təsərrüfatı məhsulları daşıyan yük maşınları və fərdi avtomobillər istisna olmaqla), Daşkənd şəhəri və Daşkənd vilayəti arasında avtomobillərin giriş-çıxışına isə məhdudiyyət qoyulmur. Yaşı 65-dən yuxarı olanlar bir daha özünütəcrid rejiminə keçirilir, toy və digər ailə şənlikləri yenidən qadağan olunur.

Restoranlar, kafelər, yeməkxanalar, çayxanalar (evə çatdırılma istisna olmaqla), məscidlər, kilsələr və digər dini qurumlar, geyim bazarları, ticarət və əyləncə mərkəzləri, sanatoriyalar, pansionatlar, uşaq düşərgələri, məktəbəqədər tərbiyə müəssisələri, uşaq bağçaları, idman salonları, fitnes klublar, hovuzlar, qonaq evləri, çimərliklər və digər istirahət məkanlarının fəaliyyəti dayandırılır.

Avqustun 1-dək dövlət orqanlarının əməkdaşlarının bir hissəsi məzuniyyətə göndərilir, digər hissəsi isə distant fəaliyyət göstərəcək.

Şəhərlərdə ictimai nəqliyyatın hərəkəti də tam dayandırılır, taksilərin fəaliyyətinə icazə verilir, fərdi avtomobillərin sahibləri səhər saat 7-dən 10-a, axşam saat 17-dən 20-dək şəhərə çıxa bilər. Xüsusi icazəsi olan müxtəlif avtomobillər isə işləyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.