Dünya

İsveçdə hər plastik torba üçün 55 qəpik vergi tutulur

10 İyul 2020 23:40
Baxış: 1 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçdə plastik torbaların satışını azaltmaq məqsədilə hər torba üçün 3 kron (55 qəpik) vergi tətbiq edilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, daha sonra marketlərdə hər plastik torba üçün müştərilərdən 7 kron (1 manat 30 qəpik) pul tutulmağa başlanıb. Ölkənin ən böyük supermarketlər şəbəkəsi sayılan "ICA", "Coop" və "Axfood" plastik torba satışının 70 faiz azaldığını bildirib.

Plastik torbalara vergi tətbiq olunmasının əsas məqsədi qablaşdırma tullantılarının həcmini azaltmaqdır.

İsveç hökuməti bu il "torba vergisi"ndən dövlət xəzinəsinə 2 milyard kron (370 milyon manat) vəsait daxil olacağını proqnozlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.