Dünya

Fransada "5G" tezliyinin istifadəsi ilə bağlı sentyabrda hərrac keçiriləcək

10 İyul 2020 09:27
Baxış: 910
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qonşu ölkələrlə müqayisədə Fransanın iqtisadi cəlbediciliyinə "5G"nin yerləşdirilməsi məsələsində bəzi yeni ekologiya tərəfdarları olan merlər bu texnologiyaya moratorium tətbiq edilməsinə çağırışlar edirlər. Bu merlər sonuncu nəsil mobil telefonun xüsusilə sağlamlığa və ətraf mühitə təsirinə dair potensial təhlükələr olmasını bildirirlər.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə mobil telefon operatoru "Free"nin baş direktoru yerli mətbuata bildirib. O, "5G" texnologiyasının sağlamlığa, eləcə də ətraf mühitə zərərli olmasına dair dəlilləri təkzib edib.

Deyib ki, "5G"nin sağlamlığa və ətraf mühitə heç bir mənfi təsiri yoxdur. Əksinə, "5G" texnologiyası daha az enerji sərf edir.

Vurğulayıb ki, "5G" daha sürətli mobil yükləmə və gecikmə hallarının əhəmiyyətli dərəcədə azalmasını vəd edir. Maraqlı operatorlara "5G" tezliyinin verilməsi ilə bağlı sentyabrın 20-dən 30-dək hərrac keçiriləcəyi diqqətə çatdırılıb. Fransada "5G"yə moratorium ideyası hökumət tərəfindən dəfələrlə rədd edildiyi bildirilib.

Xatırladaq ki, COVID-19 pandemiyası başlayanda insanlar onun "5G "texnologiyasından yarandığını düşünərək Birləşmiş Krallıq, Niderland kimi bir neçə Avropa ölkəsində "5G" antenalarını yandırmışdılar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.