Dünya

Dünyada koronavirusa yoluxanların sayı 12,3 milyonu keçib

10 İyul 2020 08:59
Baxış: 1 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada sutka ərzində yeni koronavirusa yoluxma hallarının sayı 8 mindən çox artaraq 12,3 milyonu keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölənlərin sayı isə 557 min nəfəri keçib. Məlumata əsasən, yoluxanların ümumi sayı 12 387 826, ölənlərin isə 557 405 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 6 507 580 yoluxma və 282 648 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 532 361, ölüm hallarının sayı isə 195 484 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 1 222 070 yoluxma və 29 127 ölüm halı qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.