Dünya

Əri ilə sevgilisini mikroavtobusda çılpaq vəziyyətdə yaxaladı - VİDEO

10 İyul 2020 05:30
Baxış: 2 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulun mərkəzində qadın ona xəyanət edən hyat yoldaşını "cinayət başında" yaxalayıb.

Milli.Az xəbər verir ki, Uğur Mumcu məhəlləsində yaşayan K.K ərinin ona xəyanətindən şübhələnib və onu izləyib. Daha sonra ərinə məxsus mikroavtobusun yaxınlıqdakı məhəllələrdən birində olduğunu öyrənən qadın əraziyə gəlib.

Bu zaman o, tünd rəngli plyonka ilə örtülmüş nəqliyyat vasitəsinin salonunda ərinin sevgilisi ilə yarıçılpaq halda olduğunu görüb.

Qadın maşının qapısını açmağa çalışsa da, buna nail ola bilməyib və qapını təpikləməyə başlayıb. Mikroavtobusun qapısını açmağa məcbur olan kişi həyat yoldaşını sakitləşdirə bilmədiyini görərək polisə müraciət edib.

Hadisə vaxtı ərini döyən qadın onun sevgilisinə də zərbələr endirib. Onlar polis şöbəsinə aparılıblar. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.