Dünya

Məşhur xəstəxananın təcili yardım xidməti dayandırılıb

10 İyul 2020 00:45
Baxış: 1 227
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Londondakı məşhur Hilinqdon xəstəxanasının işçiləri arasında koronavirusa yoluxma halları artdığı üçün xəstəxananın təcili yardım xidməti dayandırılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, burada çalışan 70 tibb işçisində koronavirus aşkarlandıqdan sonra onlar özlərini təcrid ediblər.

Lakin İngiltərə Xalq Sağlamlığı rəsmilərinin tövsiyəsi ilə xəstəxananın təcili yardım xidməti fəaliyyətini dayandırıb.

Qeyd edək ki, Böyük Britaniyanın bir çox bölgəsində virusa yoluxma hallarında artım müşahidə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.