Dünya

Belqradda etiraz aksiyası zamanı 10 polis əməkdaşı xəsarət alıb

9 İyul 2020 08:03
Baxış: 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Serbiyanın paytaxtı Belqradda koronavirusa yoluxma hallarının sayının artması ilə əlaqədar sanitar tədbirlərin sərtləşdirilməsinə qarşı etiraz aksiyası keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Serbiyanın daxili işlər naziri Neboyşa Stefanoviç mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, etiraz aksiyası zamanı azı 10 polis əməkdaşı xəsarət alıb: "Hazırkı dövrədək həmkarlarım mənə 10 polis əməkdaşının yaralandığını bildiriblər. Onlardan birinin vəziyyəti ağırdır, onun hər iki ayağı sınıb".

Qeyd edilir ki, etiraz aksiyasının iştirakçıları arasında ölən və ya xəsarət alan olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.