Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 32 nəfər ölüb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 32 xəstə dünyasını dəyişib".
Qeyd edək ki, Moskvada koronavirusdan ölənlərin ümumi sayı 4 059 nəfərə çatıb.
Milli.Az