Dünya

İran yoluxma sayına görə İtalyanı keçib, virusun yayıldığı Çin 22-ci yerdədir - Cari vəziyyət

8 İyul 2020 11:10
0 Şərh     Baxış: 1 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusa yoluxma sayına görə bir zamanlar birinci yerdə olan Çin hazırda siyahının iyirmi ikinci yerində qərarlaşıb. Siyahıda ondan sonra gələn İtaliya isə onluqdan çıxıb.

Hazırda 10 ölkə yoluxma sayına görə İtaliyanı keçib. ABŞ, Braziliya və Rusiya bu ölkəni bir müddət əvvəl üstələsə də, Meksika, Çili, Peru və İran qısa zamanda onluğa düşüb.

Lakin İtaliyada ölənlərin sayı Meksika, Çili, Peru və İranda ölənlərin sayından, iki, üç dəfə çoxdur. Ən çox ölüm halı isə ABŞ və Braziliyada baş verir.

Hindistan ölüm sayına görə üçüncü yerdədir. Lakin Hindistanın əhalisinin sayının 1 milyard 380 milyon olduğunu nəzərə alsaq, əhali nisbətinə görə ölüm sayı çox aşağıdır. Belə ki, burada 1 milyon əhaliyə düşən ölüm payı 15 nəfərdir.

Əhali nisbətinə görə ən çox ölüm halı Belçikada baş verir. Əhalisinin sayı 11 milyon olan Belçikada 62 mindən çox insan koronavirusa yoluxub, 9774 nəfər Covid-19 virusu səbəbindən dünyasını dəyişib. Bu isə 1 milyon əhali payına düşən ölüm sayının 842 olması deməkdir və worldometers-in statistikasına görə bu, ən yüksək rəqəmdir.

Bəxtiyar Umarlı
Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.