Dünya

Çinin xarici valyuta ehtiyatları artıb

8 İyul 2020 10:11
0 Şərh     Baxış: 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunda Çinin xarici valyuta ehtiyatları əvvəlki ayla müqayisədə 0,3 faiz və ya 10,6 milyard ABŞ dolları artıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hazırda ölkənin valyuta ehtiyatları 3,1123 trilyon dollar təşkil edir.

Administrasiyanın rəsmisi Van Çunyin deyib ki, valyuta ehtiyatlarının həcminin artmasına mübadilə məzənnələrinin və aktivlərin qiymətlərinin dəyişməsi də daxil olmaqla bir çox amillər təsir göstərib.

Qeyd edək ki, Çin dünyada ən çox xarici valyuta ehtiyatına sahib ölkədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.