Dünya

Alman hakimiyyəti xəbərdarlıq edir, gənclər isə eşitmirlər

8 İyul 2020 09:44
0 Şərh     Baxış: 970
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən istirahət günlərində Almaniyada əla hava şəraiti gəncləri sosial məsafə gözləmək, şəxsi gigiyena qaydalarına riayət etmək və maska taxmaq barədə çağırışlara etinasızlığa sövq edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin bir sıra şəhərlərində maskasız gənclərin kütləvi şəkildə toplaşması halları qeydə alınıb. Müxtəlif şəhərlərin küçələrində toplaşan gənclər dağılışanda həmin yerlərdə xeyli zibil qalır.

Onlar spirtli içkilər içir, fastfud ilə qidalanır, ictimai yerləri zibilxanalara çevirirdilər. Gənclər tövsiyə edilən normalara açıq-aşkar etinasızlıq göstərir, kütləvi yemək-içmək məclisləri təşkil edirlər. Görünür, ehtiyatlılıq hissləri kütləşmiş bu adamlar hər addımda virus təhlükəsi olması barədə eşitmək belə istəmirlər. Halbuki, virus heç yerə getməyib, o, özü üçün yeni qurbanlar seçir.

Almaniyanın hakimiyyət orqanları həyəcan təbili çalır: vəziyyət nəzarətdən çıxır, gənclər isə qaydalara riayət etmirlər. 200-ə yaxın polis işçisi minlərlə gənci intizama dəvət edir, onlar isə ölüm təhlükəsini veclərinə almırlar.

Buna görə təəccüblü deyil ki, Almaniyada COVİD-19-un yenidən geniş yayılması müşahidə olunur. Avropalıların belə səhvlərinin Azərbaycan vətəndaşları tərəfindən təkrarlanmaması üçün biz Almaniyada paytaxtında yaşayan həmvətənlərimizi gənclərin toplaşdığı yerlərə getməməyə çağırırıq. Ən "qaynar" nöqtələr kimi bu məkanları göstərmək olar: Opernplatz (dünən axşam orada təqribən 2 min nəfər toplaşmışdı), Mainufer (1000 nəfərdən çox), Friedberger Platz (təqribən 1000 nəfər) və Matthias-Beltz-Platz (500-ə yaxın insan).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.