Dünya

Afrikada COVİD-19-a yoluxanların sayı 500 min nəfərə yaxınlaşır

8 İyul 2020 09:27
0 Şərh     Baxış: 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Afrika qitəsində COVİD-19-a yoluxanların sayı 497 min nəfərdən çoxdur, 12 minə yaxın insan isə vəfat edib. Rəsmi statistik rəqəmlərə baxmayaraq, analitiklər bu qitədə pandemiyanın daha ağır nəticələrinin olduğu qənaətindədirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son 100 gün ərzində Afrika ölkələrində yeni növ koronavirusa 100 min nəfərdən çox insan yoluxub, yaxın 18 gündə isə bu rəqəm iki dəfədən çox artıb. Somali, Nigeriya kimi ölkələr isə pandemiya ilə yanaşı, quraqlıq fəlakəti ilə də üzləşib. Qeyd olunub ki, iyunun sonunda yoluxma hallarının 60 faizi Cənubi Afrika və Misirin payına düşüb. İyulun ilk günlərində isə pandemiyanın ən çox yayıldığı ölkə Nigeriya və Mavritaniya olub.

ÜST-nin məlumatında qeyd olunub ki, Afrikada yeni növ koronavirusdan vəfat edənlərin sayının az olması bu qitədə əhalinin 60 faizinin 25 yaşınadək gənclərin təşkil etməsidir. Ən aşağı insan itkiləri Çad, Əlcəzair, Niger və Malidə qeydə alınıb. Bəzi ölkələrdə səhiyyə sisteminin bərbad olması səbəbindən yoluxma və ölüm statistikası dəqiq aparılmır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.