Dünya

Altı yaşlı oğlunu meşəyə apardı, başına torba keçirib azdırdı... - FOTO

7 İyul 2020 18:09
Baxış: 1 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ana altı yaşlı oğlunu meşəyə aparıb, başına torba keçirib yapışqan lentlə dolayıb, özü isə geri qayıdıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, dəhşətli hadisə Rusiyanın paytaxtında baş verib.

Uşaq həmin gecəni meşədə keçirməli olub. Səhər isə polietilen torbadan çıxa bilmədiyini görüb, birtəhər gözləri üçün iki deşik açıb və yola çıxıb. Yaxınlıqdan keçən avtomobilin sürücülərindən biri onu götürüb və polis məntəqəsinə aparıb.

Nadejda Kulikova isə polislərə "Losinı ostrov" qoruğunun yaxınlığından keçərkən oğlunun xahişi ilə ora girdiyini, uşağın isə onun əlindən qaçdığını deyib.

Hadisə ilə bağlı istintaq başlayıb. Qadın həbs olunub. Onda paranoidal şizofreniya müəyyən edilib. Kulikova ruhi dispanserə məcburi müalicəyə göndərilib.

Bu hadisə uşağın psixikasında təsirsiz ötüşməyib. Onda stressə kəskin reaksiya formasında psixi pozğunluq yaranıb. Uşaq mütəmadi olaraq səslər eşitdiyini deyir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.