Dünya

Yaxın illərdə yeni koronavirus yayılacaq - XƏBƏRDARLIQ

7 İyul 2020 19:48
Baxış: 1 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Növbəti on il ərzində heyvandan insana ötürüləcək yeni koronavirus ştammı meydana çıxacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Sinqapurdan olan alimlər xəbərdarlıq ediblər.

Yoluxucu xəstəliyin dəqiq baş verəcəyi vaxt və bunun nə qədər ciddi olacağı barədə dəqiq bir söz deyilməyib.

Alimlər Sars-CoV-2-nin insanlardan heyvanlara ötürülə biləcəyindən və bir müddət sonra mutasiya edərək, geri qayıdacağından ciddi narahatlıqlarını da ifadə ediblər.

Elm adamları koronavirusa yoluxanların sayının rəsmi məlumatlardan on dəfə çox ola biləcəyini də vurğulayıblar. Onların sözlərinə görə, yoluxmuşların real sayını öyrənməyin yeganə yolu anticisimlərlə bağlı analizlərin aparılmasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.