Dünya

Avropa İttifaqı koronavirusun vurduğu ziyanı qarşılamaq üçün Polşaya maddi yardım ayırıb

8 İyul 2020 07:00
Baxış: 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı koronavirusun vurduğu ziyanı qarşılamaq üçün Polşaya 63,8 milyard avro məbləğində yardım ayırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İtaliya və İspaniyadan sonra üçüncü ən böyük dəstək məbləğini alacaq Polşa həmin pulları virus səbəbindən artan işsizliklə mübarizəyə və biznesin dirçəldilməsinə sərf etməlidir.

Bu qərar Polşa hökumətini razı salsa da, bir sıra ölkələri qane etmir. Onlar narazılıqlarına əsas kimi Polşanın pandemiyadan o qədər də güclü zərbə almadığını, habelə hazırkı hökumətin tutduğu siyasi mövqeyi göstərirlər. Xüsusilə Prezident Andjey Dudanın eynicinslilərə qarşı çıxışları da bir sıra ölkələrin baxışları ilə üst-üstə düşmür.

Büdcə ilə bağlı Avropa Komissiyasının növbəti iclası iyulun 17-də baş tutacaq və həmin gün yekun qərarın qəbulu gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.